Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib. Lent.az azvision.az-a istinadən xəbər verir ki, Zəngilan Rayon Polis Şöbəsinin rəisi Səyyəddin Səfərov tutduğu vəzifədən azad edilərək sərəncama göndərilib.
Qeyd edək ki, polkovnik Səyyəddin Səfərov artıq 23 ildir ki, Zəngilan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov işğal olunmuş rayonların polis bölmələrinə kompleks-inspeksiya yoxlaması göndərib. İlk yoxlama Zəngilan Rayon Polis Şöbəsində aparılıb.