Zaur Həsənov komadan çıxdı: “Yaşayacağına ümidlər artır”
28 dekabr 2013 17:31 (UTC +04:00)

Zaur Həsənov komadan çıxdı: “Yaşayacağına ümidlər artır”

“Qarabağ əlili Zaur Həsənov komadan ayılıb”. Bu barədə Lent.az-a müharibə əlili Rey Kərimoğlu deyib. Onun sözlərinə görə, Z. Həsənov 15 dəqiqəlik koma vəziyyətinə düşüb. “Bununla belə, Zaurun vəziyyəti stabil-ağır olaraq qalır və zaman keçdikcə onun yaşayacağına ümidlər artır”. 

 

Qeyd edək ki, Z. Həsənov bu gün axşam saatlarında müalicə olunduğu 5 saylı şəhər klinikasında koma vəziyyətinə düşüb. Bu xəbər klinikanın həyətində, dəhlizlərində gözləyən ailə üzvlərinin, döyüş dostlarını sarsıdıb. Xoşbəxtlikdən, qısa müddətdən sonra gələn xəbərdə bildirilib ki, qazinin huşu özünə qayıdıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2061
avatar

Oxşar yazılar