Zaqatalada yol qəzası: 1 ölü - YENİLƏNİB
15 noyabr 2013 10:10 (UTC +04:00)

Zaqatalada yol qəzası: 1 ölü - YENİLƏNİB

Zaqatalada baş verən yol qəzasında bir nəfər ölüb.


 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ölümlə nəticələnən yol qəzası rayonun Muxax kəndi ərazisində baş verib.

 

Zaqatala rayonu Muxax kənd sakini, 1988-ci il təvəllüdlü Atayev İslam İsa oğlu idarə etdiyi “VAZ 21112” markalı, 90 LE 082 dövlət nömrə nişanlı avtomobil kəndin mərkəzi küçəsində hərəkətdə olarkən idarəetmədən çıxaraq əvvəlcə qaz borusuna, sonra isə divara çırpılıb.

 

Qəza nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan İ. Atayev təcili yardım maşını ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb.

 

Lakin həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. İ. Atayev dünyasını dəyişib.

 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1304
avatar

Oxşar yazılar