Zaqatalada yeniyetmə qız sirkədən zəhərlənib
27 iyul 2014 00:02 (UTC +04:00)

Zaqatalada yeniyetmə qız sirkədən zəhərlənib

0
Zaqatalada 16 yaşlı qız sirkə turşusundan zəhərlənib.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Əliabad qəsəbə  sakini, 1998-ci il təvəllüdlü Sevinc Abdulla qızı Musayeva  zəhərlənmə diaqnozu ilə xəstəxananın qəbul şöbəsinə daxil olub. 

 

Həkim araşdırmasından sonra məlum olub ki, Sevinc Musayeva bilməyərək sirkə turşusu qəbul edib. Müvafiq ilkin tibbi yardım göstərildikdən sonra o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hazırda vəziyyəti stabil hesab edilir, müalicəsi davam etdirilir.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 991

Oxşar yazılar