Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gəncəyə gedib. Lent.az-ın məlumatına görə, o, yeni tədris ilinin başlanması ilə əlaqədar bölgələrdə yerləşən hərbi hissələrin hazırlığını yoxlayacaq.
Müdafiə nazirinin rəhbərlik etdiyi heyətin məqsədi hərbi hissələrin maddi-texniki, silah-sursatla təchizatını, aparılan tikinti və quruculuq işlərini, həmçinin, şəxsi heyətin sosial-məişət şəraitini yoxlamaqdır.