Türkiyədə çevrilişə cəhddən sonra Yunanıstana qaçan 8 hərbçidən 7-nin sığınacaq tələbi rədd edilib.
APA-nın “Milliyət”ə istinadən verdiyi xəbərə görə, qərar bu gün açıqlanıb.
Qeyd edək ki, 15 iyul Türkiyədə çevrilişə cəhddən sonra Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi helikopter Yunanıstana enib. Helikopterdə olanlardan ikisi mayor, biri kapitan, beşi isə əsgərdir. Onlar Yunanıstandan sığınacaq istəyiblər.