Bakı şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 5-də saat 05:00 radələrində Yasamal rayonu, Tbilisi prospektində müəyyən edilməmiş avtomobillə Abşeron rayon sakini Ayaz Tahirov vurulub. O, hadisə yerində ölüb.
Yasamal Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.