Yeznə qaynını bıçaqla hədələdi
20 noyabr 2017 12:35 (UTC +04:00)

Yeznə qaynını bıçaqla hədələdi

0

Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” xidmətindən Ucar RPŞ-yə rayon sakini Fariz Əhmədovun yeznəsi Rövşən Kərimov tərəfindən bıçaqla hədələnməsi barədə məlumat daxil olub.

 

Lent.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Ucar RPŞ-nin əməliyyat qrupu dərhal hadisə yerinə gəlib. R.Kərimov bıçaqla əməkdaşlara müqavimət göstərərək qaçmağa cəhd göstərib. Lakin zərərsizləşdirilərək şöbəyə gətirilib. Araşdırmalarla R.Kərimovun narkotik aludəçisi olduğu da müəyyən olunub. Əvvəllər məhkum olmuş bu şəxsin avtomobilinə baxış zamanı oradan 8 bükümdə narkotik vasitə-heroin və beşbarmaq aşkar edilərək götürülüb.

Faktla bağlı Ucar RPŞ-nin İstintaq bölməsində  araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 277

Oxşar yazılar