Yasamal rayonunda ikimərtəbəli evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən ( FHN ) Lent.az-a verilən məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 300 m2 olan ikimərtəbəli, 8 otaqlı, taxta konstruksiyalardan ibarət evin 2-ci mərtəbəsində 3 otaq 100 m2 sahədə və 1-ci mərtəbəsində 2 otaq 80 m2 yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.