Bakının Yasamal rayonunda şirkətlərdən birinin təmir sahəsindən daş üzlük, 3 həyətyanı sahədən, 2 avtomobildən akkumulyator və məişət əşyaları oğurlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin noyabr ayından cari ilin fevral ayınadək olan müddətdə rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Namiq Cəfərov saxlanılıb.
Habelə, Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən yanvarın 10-da və 30-da rayon ərazisində 2 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Malik Mayılov da tutulub.