Bu gün Bakı Apellyasiya Məhkəməsində yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döyən İsa Əzizovun apellyasiya şikayətinə baxılıb.
APA-nın məlumatına görə, hakim Əmir Bayramovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.
Qeyd olunub ki, 1992-ci ildə Şərur rayonunda anadan olan, hazırda Bakıda yaşayan Əzizov İsa Nadir oğlu İqtisadiyyat Universitetinin tələbəsidir.
İsa Əzizov 2012-ci ildə quldurluq cinayətinə görə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, bu cəzadan vaxtından əvvəl azad olunub.
Məhkəmədə o da bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsində əsasən təqsirləndirilən İ. Əzizov vəkildən imtina edib və özü-özünü müdafiə edəcəyini bildirib.
O, apellyasiya şikayətində təhsil aldığını əsas gətirərək cəzadan azad olunmasını xahiş edib.
Prosesdə çıxış edən İ. Əzizov özünü təqsirli bildiyini, peşman olduğunu açıqlayıb. İ. Əzizov hadisə baş verəndə içkili olduğunu, onu düz anlamadıqlarını deyib.
O, həmçinin Meksikada olması haqda yayılan məlumatların yalan olduğunu, heç vaxt bu ölkədə olmadığını bildirib.
Bundan sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra qərar elan edilib. Qərara görə, onun apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanılıblar. Nəsimi rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə İsa Əzizov və Mahir İsgəndərov barələrində 30 sutka inzibati həbs qərarı çıxarılıb. Təqsirləndirilən şəxslərdən İ. Əzizov məhkəmə qərarından apellyasiya şikayəti verib.

İ. Əzizov Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin qohumudur.