Bakı-Quba yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Lent.az-ın “report”a istinadən xəbərinə görə, hadisə magistral yolun Xırdalan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" markalı "90-KT-314" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü iradəetməni itirərək yol kənarında olan məhəccərə çırpılıb. Nəticədə iki nəfər , sürücü və sərniş müxtəlif dərəcəli xəsarətlər alıblar. Hadisə yerinə DYPŞ-nin və TTYS-nın əməkdaşları cəlb olunublar. Qəzada xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.