Xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkə qarşı dələduzluqda təqsirləndirilən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən şəxs xalq şairinin aravadına dəymiş ziyanı ödəyib.
Belə ki, bundan qabaq qismən ödəniş edən Mirzə Şəmsəyev qalan 1700 manat borcu da ödəyib.
Firəngiz Ulutürk isə təqsirləndiriləndən heç bir şikayət və tələbinin olmadığını bildirib.
Proses mayın 18-də davam etdiriləcək.
Qeyd edək ki, M. Şəmsiyev Xəlil Rza Ulutürkün yubileyi münasibətilə onun kitabını nəşr etdirəcəyini deyərək, həyat yoldaşı Firəngiz Ulutürkə qarşı təxminən 4 min manat məbləğində dələduzluq edib.
İş üzrə daha bir neçə nəfərə qarşı dələduzluq edilib. Digər zərərçəkmişlərə vurulan ziyanın miqdarı 100 min manatdan çoxdur.
Həbs edilən M. Şəmsiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.