![[b]Xaçmazda zəncirvari qəza baş verib, xəsarət alanlar var - FOTO[/b]](https://lent.az/storage/news/2019/may/03/big/d1525c28b697d4a6087847bfe3b65f0c.jpg)
[b]Xaçmazda zəncirvari qəza baş verib, xəsarət alanlar var - FOTO[/b]
Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun Xaçmazın Nərəcan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Xaçmaz rayonu, Həsənqala kənd sakini, 1974-cü il təvəllüdlü Əmrah Şıxkərimovun idarə etdiyi "Shaqman" markalı yük maşını rayonun Nərəcan kənd sakini Xəlilov Fətulla Sədulla oğlunun idarə etdiyi "Vaz 21015" markalı avtomobil və Yüksəl Həsovun idarə etdiyi traktorla toqquşub.
Qəza nəticəsində xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Əri tərəfindən bıçaqlanan qadın xəstəxanada öldü - YENİLƏNİB
2 iyul 2025 , 02:25
Şahin Şıxlinskı sərbəst buraxıldı - VİDEO - YENİLƏNİB
2 iyul 2025 , 00:28
Rusiya vətəndaşları barəsində həbs-qətimkan tədbiri seçildi - YENİLƏNİB 2
1 iyul 2025 , 23:31
Qaxda FACİƏ: Traktor gölə düşdü, sürücü öldü
1 iyul 2025 , 22:48
Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı
1 iyul 2025 , 19:32Mingəçevirdə zavodda FACİƏ: fəhləni "tok" vurub öldürdü
1 iyul 2025 , 18:59
Ruben Vardanyanın məhkəməsi davam etdirilib
1 iyul 2025 , 18:45