Xaçmaz rayonunda yanğın olub.
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, Xudat şəhərində ümumi sahəsi 450 m2 olan ikimərtəbəli, taxta konstruksiyalardan ibarət məktəb binasının dam örtüyü 400 m2, yanar konstruksiyaları 174 m2 sahədə və taxtadan ibarət pilləkən qəfəsi yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub.