Ümumdünya Gömrük Təşkilatının <span style="color:red;">11-ci illik PICARD  Konfransı keçirilir
28 sentyabr 2016 11:49 (UTC +04:00)

Ümumdünya Gömrük Təşkilatının 11-ci illik PICARD Konfransı keçirilir

0

 

 

Filippin Respublikasının Manila şəhərində Ümumdünya Gömrük Təşkilatının Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) növbəti 11-ci illik Konfransı öz işinə başlayıb.

 

Lent.az-ın DövlətGömrük Komitəsinə istinadən məlumatına görə, Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

 

Konfransın ilk iş günündə Ümumdünya Gömrük Təşkilatının araşdırmalar bölməsinin rəhbəri və PICARD konfransının sədri Robert Aylendin, Filippin Respublikası Maliyyə nazirinin müavini xanım Antonett Tionkonun, Filippin Gömrük Bürosunun komissioneri Kapitan Nicanor Faeldonun və Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanın açılış nitqləri dinlənilib. Sonra gündəlikdə nəzərdə tutulmuş məsələlərə dair təqdimatlar keçirilib. Eyni zamanda, Filippində gömrük idarəetməsi, tranzit və ticarətin sadələşdirilməsi, elektron gömrük və təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi də aparılıb.

 

Tədbirdə mədəni sərvətlərin qanunsuz ticarəti, Səlahiyyətli İqtisadi Operator İnstitutunun tətbiqindən irəli gələn faydalar və etibarlı ticarət marşrutları, tədqiqat və akademik məsələlər barədə müzakirələrin aparılması, həmçinin Azərbaycan gömrük xidməti tərəfindən “Elektron gömrüyün inkişaf etdirilməsi üçün layihələrin idarə olunmasının əsas prinsipləri” mövzusunda təqdimatın keçirilməsi də nəzərdə tutulub.

 

İki gün davam edəcək konfrans sentyabrın 29-da öz işini yekunlaşdıracaq.

 

ÜGT PİCARD Konfransı 2006-cı ildən etibarən hər il dünyanın müxtəlif ölkələrində keçirilir və məqsəd gömrük idarələri və aidiyyəti akademik qurumlar arasında əlaqələri genişləndirməkdir. Xatırladaq ki, Ümumdünya Gömrük Təşkilatının 10-cu illik PICARD  Konfransı ötən il Bakı şəhərində keçirilib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar