Ucar sakinini ilan sancdı
27 may 2019 16:45 (UTC +04:00)

Ucar sakinini ilan sancdı

0
Ucar sakinini ilan sancıb.
 
ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün gündüz saatlarında rayonun Rəstəcə kəndində baş verib.
 
Kənd sakini, 1998-ci il təvəllüdlü Əvəz Ədalət oğlu İmanovu su arxının üstündə ilan sancıb. Zərərçəkən təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
 
Xəstəxanadan verilən məlumata görə, Ə.İmanova zəruri tibbi yardım göstərilib, vəziyyəti sabitdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1851

Oxşar yazılar