Tunis bankı vətəndaşları əskinaslara antislam şüarlar yazmamağa çağırıb
16 noyabr 2013 06:48 (UTC +04:00)

Tunis bankı vətəndaşları əskinaslara antislam şüarlar yazmamağa çağırıb

Tunisin Mərkəzi Bankı ölkə əhalisinə müraciət edərək, Milli əskinasların üstünə «antiislam şüarlar» yazmamalarını istəyib.

 

Lent.az-ın «İTAR-TAAS»-a istinadən məlumatına görə, maliyyə qurumu bildirib ki, vətəndaşlar istifadə etdiyi 10 və 20 Tunis dinarının üstünə siyasi düşüncələri və vətəndaş mövqelərini əks etdirən yazılar yazırlar.

 

Mərkəzi Bank Milli valyutanın dövlətin atributlarından biri olduğunu vurğulayıb. 

 

Tunisin sosial şəbəkələrində əskinasların üzərində indiki baş nazir Əli Laraedin başçılıq etdiyi hökumətə etiraz olaraq, «Rədd ol!» şüarı yazılmaqla çağırışlar edilir.

 

Qeyd edək ki, o, islamyönlü sayılan «ən –Nadah» («Dirçəliş») Partiyasındandır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450
avatar

Oxşar yazılar