Tovuzda yol qəzası: 1 ölü, 1 yaralı - YENİLƏNİB
14 noyabr 2013 18:47 (UTC +04:00)

Tovuzda yol qəzası: 1 ölü, 1 yaralı - YENİLƏNİB

Azərbaycanda bir piyadanın ölümü, digərinin yaralanması ilə nəticələn yol qəzası baş verib.

 

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə Tovuz rayonunun Əyyublu kəndi ərazisində qeydə alınıb.

 

Gəncə şəhər sakini Nizami Əkbərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakinləri Aygün Cəfərova və İlqar Yusifov vurulub. Nəticədə İ.Yusifov dünyasını dəyişib, A.Cəfərova isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

# 1547
avatar

Oxşar yazılar