Tovuzda xəsarətlə nəticələnən yol qəzası baş verib.
APA-nın qərb bürosunun xəbərinə görə, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan avtomobil körpüdən keçən zaman maneəyə çırpılıb. Qəza nəticəsində rayonun Hacıhəsənli kənd sakini, 1974-cü il təvəllüdlü Çobanov Habil Mail oğlu xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən sürücüyə müvafiq tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.