Tiflisdə Beynəlxalq Tolerantlıq Günü qeyd edilib
16 noyabr 2013 02:12 (UTC +04:00)

Tiflisdə Beynəlxalq Tolerantlıq Günü qeyd edilib

Noyabrın 15-də Gürcüstan paytaxtında Beynəlxalq Tolerantlıq (Dözümlülük) Gününə həsr olunmuş tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstan Ombudsmanının müavini Paata Beltadze açıb. Sonra ombudsmanın mətbuat xidmətinin rəhbəri Beka Mindiaşvili və dini konfesiyaların nümayəndələri çıxış edərək tolerantlıq sahəsində əldə edilən uğurlardan danışıb, habelə son bir il ərzində Gürcüstanda baş verən məscid qalmaqalı barədə fikirlərini açıqlayıb.

 

Ardınca jurnalistlər arasında keçirilən “Tolerantlıq və müxtəliflik” müsabiqəsinə yekun vurulub və qaliblərə mükafatlar verilib.

 

Tədbirdə həmçinin tolerantlıq mədəniyyətinə dəstək verən, onu inkişaf etdirən, mətbuat səhifələrində işıqlandıran və öz töhfələrini verən media nümayəndələrinə mükafatlar təqdim olunub.

 

Tolerantlıq Gününə həsr edilən tədbirdə Gürcüstan hökumətinin nümayəndələri , diplomatik korpusun təmsilçiləri, beynəlxalq və yerli QHT-lərin rəhbərləri, Kvemo-Kartli, Cavaxetiya bölgələrində və Tiflisdə yaşayan etnik və dini azlıqların nümayəndələri iştirak edib.

 

Gürcüstan Ombudsmanının müavini Paata Beltadze APA-ya açıqlamasında hər il noyabrın 16-da dünyada BMT-nin Baş Assambleyasının təşəbbüsü ilə Beynəlxalq Tolerantlıq Günü qeyd edildiyini bildirib: “Gürcüstanda da biz hər il bu günü qeyd edir və etnik azlıqları bu tədbirə dəvət edirik, onların qarşılaşdıqları problemlər müzakirə edilir, həlli yolları axtarılır. Bu gün də belə bir tarixi gündür. Bugünkü tədbirimizə azərbaycanlılar da qatılıb. Biz bu tədbirə Gürcüstanda yaşayan digər etnik azlıqlar və dini qrupları da dəvət etmişik. Onlar Gürcüstanda tolerantlığın inkişafında böyük rol oynayır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596
avatar

Oxşar yazılar