Texniki Universitetdə faciə: 1 ölü, 1 yaralı - YENİLƏNİB
17 yanvar 2014 18:47 (UTC +04:00)

Texniki Universitetdə faciə: 1 ölü, 1 yaralı - YENİLƏNİB

Texniki Universitetdə faciə: 1 ölü, 1 yaralı

 


Azərbaycan Texniki Universitetində bədbəxt hadisə baş verib.


 

Yasamal Rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, hadisə universitetin ikinci korpusunda qeydə alınıb. Universitetdə təmir işləri aparan zaman binanın üçüncü mərtəbəsinin eyvanı uçub.

 

Nəticədə orada təmir işləri aparan “AZİNFORT MMC” şirkətinin fəhlələri - 1973-cü il təvəllüdlü Masallı rayon sakini Daşqın Çərkəz oğlu Vəliyev hadisə yerində dünyasını dəyişib, 1975-ci il təvəllüdlü Oqtay Sərbaz oğlu Məmmədov isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9778
avatar

Oxşar yazılar