Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində Tərtər şəhər sakini, 1958-ci il təvəllüdlü Axundova İzahət Bəhram qızının evində əxlaqsızlıq yuvası saxladığı müəyyən edilib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, araşdırmalar zamanı məlum olub ki, İ.Axundova gəlir əldə etmək məqsədi ilə 1979-cu il təvəllüdlü Hüseynov Anar Əvəz oğlundan 250 manat pul alıb.
A.Hüseynov və onun dostu Həsənov Tofiq İsrafil oğlu ilə görüşmələri üçün Tərtər şəhər sakini, 1988-ci il təvəllüdlü P.T.-ni və Bərdə rayon sakini, 1992-ci il təvəllüdlü V.Q.-ni fahişəliyə cəlb edərək evində əxlaqsızlıq yuvası təşkil edib.
Polisin keçirdiyi əməliyyat zamanı İ.Axundova və onun evində cinsi əlaqəyə girmək məqsədilə görüşənlər saxlanılaraq polis şöbəsinə gətirilib. İ.Axundova barəsində Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə cinayət işi açılıb.