Təcridaxanada saxlanılan şəxsin gizlətdiyi tapança tapıldı
06 aprel 2017 13:20 (UTC +04:00)

Təcridaxanada saxlanılan şəxsin gizlətdiyi tapança tapıldı

0

Bakıda təqsirləndirilən şəxs qismində saxlanılan şəxsin tapançası tapılıb.

 

Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2016-cı il mayın 12-dən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında təqsirləndirilən şəxs qismində saxlanılan Etibar Məmmədovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi, Qaradağ RPİ 10-cu PB və İstintaq Təcridxanası əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində borunun içərisində gizlətdiyi kisəyə bükülmüş "Olympic" markalı tapança aşkar edilərək götürülüb.

 

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar