Suriyada öldürülən daha bir azərbaycanlı komandir – <span style="color:red;">FOTO  - <span style="color:red;">YENİLƏNİB
27 mart 2014 14:50 (UTC +04:00)

Suriyada öldürülən daha bir azərbaycanlı komandir – FOTO - YENİLƏNİB

Suriyada son günlər öldürülən azərbaycanlılardan daha birinin Sumqayıt sakini olduğu məlum olub.

 

APA-nın Suriyada vuruşan azərbaycanlılara məxsus internet səhifələrindən əldə etdiyi məlumata görə, öldürülən azərbaycanlı komandir “Musab Abdurahim Abdulmacid” ləqəbi ilə tanınan Sumqayıt sakinidir. Onun əsl adı açıqlanmır.

 

Mücahidlər onun meyitinin fotosunu da sosial şəbəkələrdə paylaşıblar.

 

Xatırladaq ki, “Musab Abdurahim Abdulmacid” Suriyada “İraq Şam Dövləti” silahlı qruplaşması tərkibində vuruşan azərbaycanlıların keçmiş komandiri “Əbu Yəhya” öldürüldükdən sonra komandir təyin olunmuşdu.

 

Qeyd edək ki, martın 22-də Suriyada “İraq Şam Dövləti” silahlı qruplaşması ilə “Kürd YPG” qruplaşması arasında döyüşdə 25 nəfər öldürülüb.

 

Onlardan 12-nin azərbaycanlı olduğu bildirilir. Öldürülənlərin əksəriyyəti Sumqayıt sakinləridir. Onların arasında yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü Bayramov Ceyhun Süleyman oğlu da var.

 

Məlumata görə, Ceyhun Bayramovun bacısı da hazırda Suriyadadır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7155

Oxşar yazılar

"28 may"da mağaza yandı

"28 may"da mağaza yandı

17 mart 2025 , 03:41
Rəssam Nağdəli Xəlilov

Nağdəli Xəlilov vəfat etdi

17 mart 2025 , 00:55
Ənvər Həsənov vəfat etdi , Buzovnada dəfn olunacaq

Ənvər Həsənov vəfat etdi, Buzovnada dəfn olunacaq

16 mart 2025 , 23:04
Ordumuzun mövqeləri növbəti dəfə atəşə tutuldu -YENİLƏNİB

Ordumuzun mövqeləri növbəti dəfə atəşə tutuldu-YENİLƏNİB

16 mart 2025 , 21:20
Ziyadxan Əliyev vəfat etdi

Ziyadxan Əliyev vəfat etdi

16 mart 2025 , 21:13
Zaqatalada yol qəzası baş verib, ölən şəxsin kimliyi məlum olub

Zaqatalada yol qəzası baş verib, ölən şəxsin kimliyi məlum olub

16 mart 2025 , 20:55
Qurban Məmmədov istintaqa çağırıldı

Qurban Məmmədov istintaqa çağırıldı

16 mart 2025 , 20:29
Tural Sadıqlı istintaqa çağırıldı

Tural Sadıqlı istintaqa çağırıldı

16 mart 2025 , 20:15