Suriyada daha bir azərbaycanlı mücahid öldürüldü - YENİLƏNİB
07 yanvar 2014 17:55 (UTC +04:00)

Suriyada daha bir azərbaycanlı mücahid öldürüldü - YENİLƏNİB

Suriyada daha bir azərbaycanlı mücahid öldürülüb.


 

APA-nın xəbərinə görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.

 

Məlumata görə, həlak olan mücahid Suriyada Bəşər Əsəd rejiminə qarşı vuruşan “İraq-Şamİslam Dövləti” qruplaşmasının üzvü, “Primorskiy Muhammed” ləqəbi ilə tanınan Azərbaycan vətəndaşıdır. Onun Bəşər Əsəd qüvvələri tərəfindən öldürüldüyü bildirilir. Mücahidlər “Primorskiy Muhammed”in meyitinin fotolarını da sosial şəbəkələrdə yayıblar.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Suriyada daha iki azərbaycanlı mücahid öldürülüb.

 

Onlar “Əl-Nüsra Cəbhəsi”nin sıralarında döyüşən Namiq Əsgərov və “Azəri Seyfullah” ləqəbli Soltan adlı şəxsdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8174
avatar

Oxşar yazılar