Suriyada 14 yaşlı azərbaycanlının öldürüldüyü təsdiqləndi - YENİLƏNİB
20 yanvar 2014 12:14 (UTC +04:00)

Suriyada 14 yaşlı azərbaycanlının öldürüldüyü təsdiqləndi - YENİLƏNİB

Mücahidlər Suriyada öldürülən 14 yaşlı azərbaycanlının fotosunu yayıblar. APA-nın əldə etdiyi məlumata əsasən, Suriyada gedən döyüşlərdə öldürülən azərbaycanlı mücahid, 14 yaşlı Nəcəf Kərimov bu il yanvarın 10-da Bəşər Əsəd qüvvələri tərəfindən öldürülüb.

 

 

Məlumatda həmçinin N. Kərimovun atası Namiq Kərimovun da hazırda Suriyada döyüşlərdə iştirak etdiyi bildirilib.

 

Mücahidlər N. Kərimovun fotosunu da paylaşıblar.

 

Qeyd edək ki, bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan olan 1999-cu il təvəllüdlü Kərimov Nəcəf Namiq oğlunun Suriyadakı döyüşlərdə həlak olması barədə ilk xəbəri onun xalası nəvəsi Günel Babayeva yayıb. Onun sözlərinə görə, Namiq Kərimov 2013-cü ilin yay aylarında Suriyaya gedib. O, həyat yoldaşını və övladları 16 yaşlı İradə, 14 yaşlı Nəcəf, 10 yaşlı Sara və 5 yaşlı Fatiməni da özü ilə aparıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4582
avatar

Oxşar yazılar