Sumqayıt şəhərində avtomobil təmiri sexində qarajın yanar konstruksiyaları və içərisində olan “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.