Noyabrın 9-da Sumqayıtda qadın evində faciəvi şəkildə öldürülüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, şəhər sakini Nuridə Həsənovanın bıçaqla qətlə yetirilmiş meyiti evində tapılıb.
Polis və prokurorluq əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini Feyruz Nəsibli tutulub.