Sumqayıtda maşın qaçıran şəxs yaxalandı
31 mart 2018 17:32 (UTC +04:00)

Sumqayıtda maşın qaçıran şəxs yaxalandı

Martın 30-da DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Sumqayıt şəhəri ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, araşdırmalarla şəhər sakini Yavər Cahangirovun “Mercedes” markalı avtomobilinin 4-cü mikrorayon ərazisindən qaçırıldığı müəyyən edilib.

 

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Orxan Xanlarov avtomobillə birgə saxlanılıb.

 

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Oxşar yazılar