Şirvanda iki piyadanı vuran avtomobil hadisə yerindən qaçıb. Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Polis Şöbəsinin qarşısında qeydə alınıb.
Naməlum avtomobil yolu keçmək istəyən - 1974-cü il təvəllüdlü Mübariz Əlizamin oğlu Bağırovu və xalası oğlu 1991-ci il təvəllüdlü Əliyev Hüseyn İsmayıl oğlunu vurub. Hər iki şəxs ağır xəsarətlə Şirvan Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib.
Polis hazırda yol-nəqliyyat hadisəsi törədən şəxsin tapılması istiqamətində iş aparır.