Tovuzda zəhərlənmə olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Düz Qırıqlı kənd sakini 1983-cü il təvəllüdlü Məmmədova Ramilə Qurban qızı sirkə turşusu zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Qadının hansı şəraitdə zəhərləndiyi hələ ki, məlum deyil.