Şikayətçi qadın Dövlət Komitəsində intihara cəhd etdi
11 yanvar 2014 12:42 (UTC +04:00)

Şikayətçi qadın Dövlət Komitəsində intihara cəhd etdi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə gələn şikayətçi intihara cəhd edib.


 

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dünən baş verib.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə gələn şikayətçi, 1990-cı il təvəllüdlü Qərənfil Nağıyeva özünü ikinci mərtəbədən atmağa cəhd edib. Lakin binada olan şəxslərin və polis əməkdaşlarının səyi nəticəsində cəhdin qarşısı alınıb. 39-cu Polis Bölməsinə gətirilən Q. Nağıyevanın izahatı alındıqdan sonra o, sərbəst buraxılıb.

 

Ailə, Qadın və Uçaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva APA-ya faktı təsdiqləyib və bu qadının psixoloji problemlərinin olduğunu bildirib: “Həmin qadına dəfələrlə komitə tərəfindən müxtəlif yardımlar göstərilib. Buna baxmayaraq, o, hər dəfə komitəyə gələrək aqressiv hərəkətlər edib. O qadının problemləri sosial məsələlərlə deyil, sırf psixoloji durumla bağlıdır. Bunu onun həyat yoldaşı və digər ailə üzvləri də təsdiq edər. Hələ üç il əvvəl o, ərinin yanında özünü dənizə ataraq intihara cəhd edib. Xoşbəxtlikdən əri yanında olub və onu xilas edə bilib. Qadının psixoloji problemlərinin olması onun azyaşlı uşağına da mənfi təsir göstərir. Qadın özü bir neçə dəfə bizim yanımızda 2 yaşlı övladını döydüyünü etiraf edib. Dünən də gələrək ailəsində problemlərinin olduğunu və azyaşlı uşağı ilə birlikdə intihar edəcəyini dedi. Biz də onun həyat yoldaşını komitəyə dəvət etdik. Həyat yoldaşı da dedi ki, qadın uşaq dünyaya gətirəndən sonra onda belə psixoloji problemlər yaranıb. Ərinin təkidli xahişi ilə biz həmin qadını məcburi müalicəyə göndərdik, uşağı da atasının himayəsinə verdik”.

 

 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 884
avatar

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28