APA-nın verdiyi məlumata görə, sürücü Vüqar Əliyev, 10 VN 066 dövlət nömrə nişanlı BMW markalı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olarkən, Bakıxanov və Səxavət Quliyev küçələrinin kəsişməsindən Vaqif küçəsinə dönmək istəyib.
Dönmə əməliyyatını düzgün yerinə yetirə bilməyən sürücü avtomobili əvvəlcə yol hərəkət qaydalarını göstərən tabloya ,daha sonra ağaca çırpıb. Zərbə güclü olduğundan ağac kökündən qoparaq, aşıb.
Hadisə nəticəsində Vüqar Əliyev və sərnişini Vladimir Quber xəsarət alaraq, Kliniki Tibbi Mərkəzə aparılıblar. Xəstəxanadan verilən məlumata görə sürücünün vəziyyəti ağır olduğundan, o,əməliyyat olunub.
Sərnişin Vladimir Quber isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. İlkin ehtimala görə, hadisəyə sürücünün avtomobili içkili idarə etməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.