Sərxoş Şəmkir sakini odlu silahla yaralandı
28 sentyabr 2016 03:16 (UTC +04:00)

Sərxoş Şəmkir sakini odlu silahla yaralandı

0

Şəmkir rayon sakini odlu silahdan yaralanıb. APA-nın qərb bürosunun xəbərinə görə, rayonun Yeni Həyat kənd sakini 1975-ci il təvəllüdlü Fəxrəddin Aslanov sağ  pəncənin dəlib deşmiş odlu silah yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Yaxınlarının sözlərinə görə, F.Aslanov sərxoş vəziyyətdə ehtiyatsızlıqdan odlu silahdan atəş açaraq, özü-özünə xəsarət yetirib.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 424

Oxşar yazılar