Gəncə sakini yüksəklikdən yıxılaraq ağır xəsarət alıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Natəvan qəsəbə sakini 1985-ci il təvəllüdlü Miraşçenko Andrey Pavel oğlu sərxoş vəziyyətdə ağır bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, A. Miraşçenko sərxoş vəziyyətdə yüksəklikdən yıxılıb.
Faktla bağlı araşdırma aparılır.