Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində sərxoş vəziyyətdə olan 62 yaşlı kişi 6 yaşlı nəvəsinə 28 bıçaq zərbəsi endirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin Başqırdıstan Respublikası üzrə İstintaq İdarəsindən bildirilib.
Məlumata görə, uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisənin motivləri məlum deyil.