<b>Azərbaycanda icra başçısının müavini vəfat etdi </b>
08 dekabr 2017 09:04 (UTC +04:00)

Azərbaycanda icra başçısının müavini vəfat etdi

 

Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Ağamustafa Vahidov vəfat edib.

 

APA-nın məlumatına görə, bu barədə dövrü mətbuatda yayılan elanda deyilir.

 

"Şamaxıdan Asif Ağayev və rayon icra hakimiyyəti aparatının kollektivi icra hakimiyyəti başçısının müavini Ağamustafa Vahidovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər", - deyə elanda vurğulanıb.

 

A. Vahidovun vəfatının səbəbi açıqlanmayıb.

 

Qeyd edək ki, A. Vahidov həmçinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.


Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 299
avatar

Oxşar yazılar