<span style="color:red;">Sərhəd Xidməti:  Qumbara, avtomat aşkarlanıb
18 noyabr 2014 12:58 (UTC +04:00)

Sərhəd Xidməti: Qumbara, avtomat aşkarlanıb

0

Dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir. Lent.az-ın verdiyi xəbərə görə, Dövlət Sərhəd Xidməti məlumat yayıb ki, oktyabrda 52 halda ümumi dəyəri təqribən 203 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd avtomat silah, 2 ədəd avtomat silahın darağı, 57 ədəd patron, 1 ədəd qumbara atan silah, 1 ədəd pnevmatik tapança, 7,775 qutu müxtəlif markalı siqaret, 163 ədəd müxtəlif ölçülü araq, 73 kiloqram nərə balığı, 5 kiloqram qara kürü, 17740 ədəd pirotexniki vasitələr, 3 ədəd qayıq, 400 metr balıq tutmaq üçün tor, müxtəlif dərman preparatları və sənaye malları saxlanılıb.        

Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 576

Oxşar yazılar