Şəmkirdə müəllimənin evinə quldur basqını
18 yanvar 2014 16:08 (UTC +04:00)

Şəmkirdə müəllimənin evinə quldur basqını

Şəmkir rayon Keçili kəndində evə basqın edilib.

Şəmkir rayon Polis Şöbəsinin müstəntiqi Pakizə Quliyevanın APA-nın Qərb bürosuna verdiyi məlumata görə, hadisə yanvarın 17-də saat 04:00 radələrində baş verib. Müsahibin bildirdiyinə görə, iki nəfər maskalı şəxs əllərində rezin əlcək olmaqla kənd sakini, kənd orta məktəbində ingilis dili müəlliməsi işləyən 47 yaşlı Zülfiyyə Qəhrəman qızı Qəhrəmanovanın evinə basqın ediblər. Onlar müəlliməyə hədə qorxu gələrək 10 min manat pulunu alıblar. İstifadə etdikləri maska və əlcəkləri isə evin yaxınlığında atıblar.

P.Quliyevanın bildirdiyinə görə, müəllimə tək yaşayır, onun ali təhsil alan bir 21 yaşlı oğlu var.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2278
avatar

Oxşar yazılar