Şəmkirdə ikimərtəbəli ev yanıb
26 noyabr 2014 00:56 (UTC +04:00)

Şəmkirdə ikimərtəbəli ev yanıb

0

Şəmkirdə yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Şiştəpə kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan ikimərtəbəli evdə baş verib. Nəticədə evin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə və otağın yanar konstruksiyaları, ev əşyaları 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 473

Oxşar yazılar