Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb
29 may 2019 12:39 (UTC +04:00)

Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb

0
Şəmkir rayonunda yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan sürücü saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lentaz-a verilən xəbərə görə, mayın 28-də saat 21 radələrində Şəmkir şəhərinin ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini Binnət Qasımov vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan “VAZ-2107” markalı avtomobilin sürücüsü, şəhər sakini N.Budaqov saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 757

Oxşar yazılar