Şəmkirdə 38 yaşlı kişi müəmmalı şəkildə bıçaq xəsarəti aldı
12 oktyabr 2016 02:50 (UTC +04:00)

Şəmkirdə 38 yaşlı kişi müəmmalı şəkildə bıçaq xəsarəti aldı

0

Şəmkirdə bıçaqlanma olub. APA-nın qərb bürosunun xəbərinə görə, rayonun Dəllər qəsəbə sakini 1978-ci il təvəllüdlü Teymur Məmmədov qarının kəsilmiş-deşilmiş bıçaq yaraları ilə Gəncə şəhər Təcili Tibbi Xəstəxanasına yerləşdirilib. Sərxoş vəziyyətdə xəstəxanaya daxil olaraq əməliyyat edilən T.Məmmədovun vəziyyəti orta ağır qiymətləndirilir.

 

Yaxınlarının  deməsinə görə, T.Məmmədov yıxılaraq bıçaq xəsarətləri alıb.

 

Faktla hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 373

Oxşar yazılar