Şəkidə zəhərlənmə hadisəsi baş verib. Lent.az-ın Kanal S-ə istinadən verdiyi məlumata görə, dünən axşam saat 12 radələrində Şəkidə dəm qazından zəhərlənmə halı qeydə alınıb. Hadisə zamanı Şəki sakini Qafarova Tünzalə Ağəli qızı dəm qazından zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Şəki məntəqəsinə daxil olub.
Zəhərlənən şəxsə təcili növbədə ilkin yardımlar göstərilib. Bir neçə saat ərzində xəstənin vəziyyəti yaxşılaşdıqdan sonra o ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, zəhərlənən şəxsin həmin gün toyu olub.