Sabiq müdafiə naziri Səfər Əbiyev Qarabağ qazisi ilə bağlı olayda adı hallanan "Edis Group" şirkətinin onunla əlaqəsi olmadığını bildirib. S. Əbiyev “Qafqazinfo”ya açıqlamasında Qarabağ qazisi Zaur Həsənovun ölüm işində adının hallandırılmasına etiraz edib. O bildirib ki, “Edis Group” şirkəti ilə heç bir əlaqəsi olmayıb, ümumiyyətlə, bu şirkət barəsində birinci dəfə eşidir: " Mən bu məlumtların hansı mərkəzdən idarə olduğunu yaxşı bilirəm. Mənim hər hansı xarici şirkətlə əlaqəm yoxdur. Haqqımda yazılan həm bu, həm də digər dəqiqləşdirilməmiş xəbərlərə görə təəssüf edirəm”.
Səfər Əbiyev danışdı: "Bu məlumatların hardan gəldiyini yaxşı bilirəm"
5906