Saxlanılan şəxsin polis bölməsində özünü bıçaqlamasına dair RƏSMİ MƏLUMAT
23 yanvar 2014 15:52 (UTC +04:00)

Saxlanılan şəxsin polis bölməsində özünü bıçaqlamasına dair RƏSMİ MƏLUMAT

Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsi saxlanılan şəxsin polis bölməsində özünü bıçaqlaması faktı ilə bağlı birgə məlumat yayıb.


 

Bakı Şəhər Prokurorluğundan APA-ya verilən məlumatda bildirilir ki, yanvarın 12-də Bakı şəhər sakini İlqar Aslanov Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək həmin tarixdə saat 23 radələrində rayonun 20-ci sahə ərazisində əvvəllər məhkum olunmuş Anar Rəsulovun tanımadığı digər şəxslə onun idarə etdiyi avtomobili saxlayaraq küt alətlərlə avtomobilinə müxtəlif zədələr yetirməsi barədə məlumat verib.

 

Bundan sonra yanvarın 18-də İ.Aslanov dostları ilə «Ləziz» kafesində olarkən A.Rəsulov yenidən digər şəxslərlə yaxınlaşaraq ona bıçaqla xəsarət yetirməyə cəhd göstərib, lakin dostlarının müdaxiləsi nəticəsində sonuncu öz niyyətinə nail ola bilməyib.

 

Yanvarın 21-də qeyd olunan xüsusatların araşdırılması məqsədilə A.Rəsulov 8-ci Polis Bölməsinə dəvət edilib və onun izahatı alınarkən məsuliyyətdən azad olmaq məqsədilə üstündə gəzdirdiyi bıçaqla özünə daxilə nüfuz etməyən xəsarət yetirib.

 

A.Rəsulova aldığı xəsarətlə bağlı ilkin tibbi yardım göstərilib.

 

Hazırda faktla bağlı Səbail rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1055
avatar

Oxşar yazılar