Şamaxıda VAZ dərəyə aşdı
21 iyul 2018 02:30 (UTC +04:00)

Şamaxıda VAZ dərəyə aşdı

Şamaxı rayon sakini avtomobili aşıraraq xəsarət alıb. APA-nın yerli bürosunun xəbərinə görə, Səfərov Vaqif Vüsal oğlu idarə etdiyi "VAZ 21112" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və maşın yoldan çıxaraq dərəyə aşıb.

 

Hadisə zamanı sürücü ağır bədən xəsarətləri alıb. O, Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 248
avatar

Oxşar yazılar