Vüqar Həşimovla vida mərasiminə dövlət rəsmiləri də qatılıb. Lent.az-ın məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov, ARDNŞ-ın vitse-prezidenti Elşad Nəsirov, azərbaycanlı voleybol mütəxəssisi Faiq Qarayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Eldar Namazov azərbaycanlı qrossmeyster Vüqar Həşimovun vida mərasimində iştirak edərək, mərhumun ailəsinə başsağlığı veriblər.
Onlar cənazənin qarşısında fəxri qaravulda durublar.