Sabirabadda qəza: bir ailənin 3 üzvü yaralandı
27 sentyabr 2016 21:34 (UTC +04:00)

Sabirabadda qəza: bir ailənin 3 üzvü yaralandı

0

Sabirabadda baş verən avtoqəzada bir ailənin 3 üzvü xəsarət alıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Həşimxanlı kənd sakini, 1979-cu il təvəllüdlü Baxışov Aydın Mehrac oğlu idarə etdiyi “VAZ 21011” markalı avtomobili yolun kənarında dayanan traktora çırpıb. Qəza nəticəsində sürücü, onun həyat yoldaşı 1980-ci il təvəllüdlü Baxışova Şəfaqət Samir qızı və onların 5 yaşlı oğlu Baxışov Mehrac Aydın oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar