Dekabrın 31-i səhər saatlarında şəkərli diabetdən və ürək xəstəliyinindən əziyyət çəkən sabiq millət vəkili, xalq hərəkatının fəallarından olan Faiq Baxşəliyev dünyasını dəyişib.
AzNews.az xəbər verir ki, Milli Məclisin sabiq deputatı, Azərbaycanın istiqlal bəyənnaməsinə imza atan şəxslərdən biri, 1992-1995-ci illərdə Mingəçevirin və Ağdaşın icra başçısı olmuş Faiq Baxşəliyev Mingəçevirdəki evində vəfat edib.
Mərhum doğulduğu Ağdaş rayonunun Kotavan kəndində dəfn edilib.
Qeyd edək ki, F. Baxşəliyev uzun müddət idi ki, urək xəstəliyindən əziyyət çəkirdi və bir neçə dəfə əməliyyat olunmuşdu.